Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ağıllı" it ailəni ölümdən xilas etdi

İtlərin sədaqəti bizə həyatda çox kömək edir. Hətta bizi ölümdən də xilas edə bilirlər.

Bizimyol.info xəbər verir ki, ABŞ-ın Florida ştatında it ona sahib çıxan ailəni ölümdən xilas edib. Qonşu evdə yanğın başlayanda ev heyvanı tez sahibi Amber Uokerə işarə verib. Mələk adlı it Amberin qarşısında yüz hoqqa çıxarıb ki, onun diqqətini çəksin. Nəhayət, sahibi itin narahatlığını anlayıb. Pəncərədən çölə baxanda qonşu evin yandığını görüb.

Uoker kiçik qardaşı ilə birlikdə tez qonşunun uşaqlarını xilas etməyə atılıb. Yanğınsöndüərn maşın vaxtında hadisə yerinə gəlib, heç kim xəsarət almayıb. İt beləcə faydalı olmağı bacarıb.

Keçən il də ABŞ-da buna oxşar hadisə baş vermişdi. Sara Potterin iti onun ailəsini yanğın zamanı ölümdən xilas etmişdi.

Son xəbərlər
Bütün xəbərlər »