Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evin ətrafını istixanaya çevirdilər: Həm enerjiyə qənaət, həm də ərzaq xərclərinə - Fotolar

Mari Qranmar və Çarlz Sakilotto istixanada yaşayırlar. İndi onları nə soyuq qorxudur, nə də təbii fəlakət. Çünki təbiətin verdiyi ən yaxşı şeylərə sahibdirlər.

Bizimyol.info xəbər verir ki, ailə evi istixanada tikib. İndi həm pulsuz istilikləri var, həm də qidaları. Nəzərə alaq ki, Stokholmda, İsveçdə ilin 9 ayı qışdır.

İsveçli ailənin istixanada yaratdığı mükəmməl ev

Yanvarda paytaxtda orta temperatur 0-dan aşağı olur. Amma Mari və Çarlzın evində çox istidir. Mari deyir ki, Stokholmda insanlar sentyabrın ortalarından istilik sistemini işə salırlar, bir də mayda söndürürlər. Onlar isə cəmi 6 ay evi qızdırmalı olurlar. Həm də daha az elektrik enerjisi sərf etməklə. Günəşdən ala bilmədiklərini odun sobası verir.

İsveçli ailənin istixanada yaratdığı mükəmməl ev

Mari danışır ki, soyuğa heç cür öyrəşə bilmir. Yağış və ya qar olanda, o, eyvanda, terrasda oturub ulduzlara baxmağa üstünlük verir. Yay gələndə isə evdə lazımi temperatur yaranan kimi dam örtüyü avtomatik açılır. Dam şüşədəndir. Deməli, günəş vannası da qəbul etmək mümkündür.

İsveçli ailənin istixanada yaratdığı mükəmməl ev

İstixana-ev isveçli ailəyə ölkədə yetişdirilməyən bir çox məhsulları əldə etmək imkanı verir. Onların evində əncir, üzüm, pomidor, xiyar, göyərti yetişir. Hətta albalı və alma da əkirlər.

İsveçli ailənin istixanada yaratdığı mükəmməl ev

Ailənin başqa planları da var. Onlar günəş enerjisini yayda yığıb, qışda istifadə etmək fikrindədirlər. İçməli su problemini xüsusi mexanizm ilə həll ediblər. Yağış suyu işə yarayır.

Mari deyir ki, böyük sistemlərdən asılı olmaq istəmirsinizsə, öz rahatlığınızı yaratmalısınız. Çarlz əlavə edir: “Başqa dünyada yaşamaq üçün təbiətdən, günəşdən və sudan istifadə etmək lazımdır.

İsveçli ailənin istixanada yaratdığı mükəmməl ev

Mari və Çarlz istixanada ev quran ilk ailə deyillər. Onlar 1974-cü ildə Stokholmda birinci dəfə “Naturhus” (təbiət evi) inşa edən isveçli arxitektor Benqt Varnın ideyasından ilhamlanıblar.

Son xəbərlər
Bütün xəbərlər »