Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İsrailin ABŞ-dan yaxşı dostu yoxdur" - Pompeo

Sən də yaxşı bilirsən ki, İsrailin ABŞ-dan daha yaxşı dostu yoxdur.

Bu sözləri ABŞ Dövlət katibi mayk Pompeo İsrail Prezidenti Reuven Rivlin ilə Qərbi Qüdsdəki görüşü zamanı deyib.

O, ABŞ-ın bölgənin və İsrailin sabitliyinə önəm verdiyini bildirib:

“Bu sadəcə sözdə qalmır, öz mənfəətlərimiz üçün gündəlik etdiyimiz şey budur. İsrailin və bölgənin sabitliyi üçün təhdid təşkil edən Həmas və Hizbullah təşkilatları haqqında (İsrailin baş naziri Benyamin Netanyahu ilə) danışdım. ABŞ-ın düşmən qüvvələrin regional sabitliyi pozmasının qarşısını almaq üçün əxlaqi və siyasi öhdəliyi var. Biz də elə edəcəyik”.

Qeyd edək ki, ABŞ Dövlət katibi Mayk Pompeo bundan əvvəl də İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşmüşdü. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »