Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaq valideynlərindən gizləndi, nənəsi həyəcandan keçindi

Rusiyanın Novosibirsk şəhərində 9 yaşlı uşaq itib. Uşaq məktəbdən evə qayıtmayıb.

Bizimyol.info xəbər verir ki, Yeqor adlı məktəblini axırıncı dəfə sinif yoldaşı ilə şəhərdəki fəvvarələrin birinin yanında görüblərmiş. Uşaq sağollaşıb, evə yollanıb, amma yaşadığı mənzilə gəlib çıxmayıb.

Valideynləri hava qaralanda ciddi narahat olub. Bütün gecəni daha 500 nəfər könüllü ilə birlikdə onu axtarıblar. Baxmadıqları yer qalmayıb: binaların girişi, quyular, köhnə tikililər. Səhərə yaxın bütün ümidlər kəsiləndə məktəbli tapılıb.

Yeqor macəra eşqinə düşübmüş. Valideynlərindən gizlənmək qərarına gəlib. Uşaq gecəni sinif yoldaşının otağında özünün və onun valideynlərindən gizli keçiribmiş. Amma zarafat Yeqora və ailəsinə baha başa gəlib. Nənəsi həyəcandan keçinib.

Son xəbərlər
Bütün xəbərlər »