Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda 13 məhbus aclıq aksiyası keçirir

Gürcüstanın müxtəlif həbsxanalarında 13 məhbus aclıq aksiyası keçirir.

Bu barədə Gürcüstanın ədliyyə naziri Tea Tsulukiani parlamentdə çıxışı zamanı bildirib.

Nazir deyib ki, ötən ilin avqustun 1-nə olan məlumata əsasən, ölkədə 9 986 məhbus və 1 643 məhkum olub:

“Hazırda isə cəzaçəkmə müəssisələrində 9 870 məhbus, 1 937 məhkum var. Məhkumların sayı artıb, məhbusların sayı isə azalıb”.

T.Tsulukiani həmçinin qeyd edib ki, Haaqada imzalanmış memoranduma əsasən, Gürcüstanda digər ölkələrdən olan məhbuslar da cəza çəkəcəklər. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »