Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayevin qızı yüksək posta seçildi - Video

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva Parlament Senatının sədri seçilib.

O, palatanın deputatları arasında keçirilmiş gizli səsvermə nəticəsində bu posta təyinat alıb. İştirak edən 44 senatordan 44-ü Nazarbayevanın lehinə səs verib.

Bu vəzifəyə qədər Dariqa Nazarbayeva Senatın beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı sədr vəzifəsini icra edirdi.

Xatırladaq ki, Qazaxıstanın eks-spikeri Kasım-Jomart Tokayev bu gün prezident səlahiyyətlərinin icrasına başlayıb. Belə ki, dünən Nursultan Nazarbayev prezidentlikdən istefa verib. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »