Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruslar və amerikalılar bitlikdə Venerada həyat axtaracaqlar

Kosmik agentliklərin Ayda, Marsda yaşam imkanlarının axtarışları dayanmır. Amma Venerada da həyatın olması mümkündür.

Bizimyol.info xəbər verir ki, ruslarla amerikalıların birgə missiyası olan “Venera-D” Venera planetinin buludlarında həyat elementləri axtaracaq. İkitərəfli işçi qrupunun aparıcı elmi əməkdaşı Lyudmila Zasova bu haqda danışıb: “Orada hər hansı primitiv həyatın olması mümkündür. Xüsusilə planetin yaranmasının ilk iki milyard ilində həyat elementləri yarana bilərdi. Çünki onda “gənc” Günəş Veneranı indiki kimi qaynar etmirdi, şüaları daha zəif təsir göstərirdi”.

Venera Venera planeti | Foto: Pixabay.com

Ekspertin dediyinə görə, həmin dövrdən buludlarda həyat elementləri qala bilər. Zasova layihənin siyasi əhəmiyyətini qabardır. O, ABŞ-ın Rusiyanın təcrübəsinə çox ehtiyacı olduğunu deyib. Çünki SSRİ Veneranı öyrənmək üçün ora cihaz göndərməyə 10 dəfə cəhd göstərmişdi.

Missiyaya tezliklə Yaponiya, İtaliya və Almaniyanın da qoşulacağı gözlənilir. “Venera-D”-nin təxminən 1 milyard dollar dəyəri var. Missiya 2027-ci ildə işə başlayacaq.

Venerada temperatur 750 dərəcəyə çatır. Planet Günəş ətrafında bir dövrəni 224,7 günə başa vurur.

Son xəbərlər
Bütün xəbərlər »