Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dubay aeroportunda pasportları smartfonlar əvəz edəcək
Dubay aeroportunda pasportları smartfonlar əvəz edəcək
Dubay beynəlxalq hava limanının sərnişinləri uçuşdan öncə yoxlamadan keçərkən pasportlardan istifadə etməyə bilərlər.

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, onlar sənəd əvəzinə öz smartfonlarından istifadə edə bilərlər.

Bunun üçün telefona xüsusi "Smart UAE Wallet" əlavəsi yüklənməlidir. Tərtibatçılar bildirir ki, Dubay aeroportundan uçan sərnişin öz smartfonunu "ağıllı giriş" adlanan xüsusi turniketlərə yaxınlaşdırmalı, həmçinin barmaq izlərini skan etməlidir. Bunun nəticəsində hər bir sərnişinin yoxlanması 9 saniyə-1 dəqiqə arasında azalacaq.

Yeri gəlmişkən, bu yenilikdən hələlik BƏƏ vətəndaşları Dubay aeroportunun bir terminalında yararlana biləcəklər. Layihə "Fly Emirates" şirkəti ilə birlikdə həyata keçirilib.

Son xəbərlər
Bütün xəbərlər »