Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda islahatçı siyasi fəala qeyri-adi cəza təyin olundu - Foto

İranda islahatçı siyasi dissidentə qeyri-adi cəza verilib. Əbülfəzl Qadianiyə ölkənin dini lideri ayətullah Əli Xameneinin üç kitabını məcbur oxudacaqlar. Bundan başqa, o, kitabların üzünü sözbəsöz dəqiq köçürməlidir. Qarşıdakı üç ili də həbsxanada keçirmək lazım gələcək.

Bizimyol.info xəbər verir ki, “İran islam inqilabının mücahidləri” islahatçı təşkilatın 74 yaşlı rəhbəri ayətullahı despot adlandırdığına görə cəzalanıb. Qadiani insanları Xameneinin hakimiyyətinə son qoymaq üçün kütləvi aksiyalara çağırıb. Təşkilat rəhbəri deyib: “İnqilab ona görə olmamışdı ki, Xamenei ölkəni 30 il diktator kimi idarə etsin”.

Əbülfəzl Qadiani Əbülfəzl Qadiani

“The Telegraph” qəzeti Qadianinin oxuyub üzünü köçürməli olduğu üç kitabdan ikisinin adını yazıb. Söhbət “Sistan vilayətinin tarixi” və “Düşməni necə müəyyənləşdirmək” kitablarıdır.

Qadiani əvvəllər də Xameneini tənqid etdiyinə görə həbs həyatı yaşayıb. Onda dissident ayətullahı islam inqilabının dəyərlərinə xəyanətdə ittiham etmişdi. Qadianinin fikrincə, Xamenei hakimiyyət hərisliyinə görə azadlıq və ədalət prinsiplərinin əleyhinə çıxır.

Qərar İbrahim Raisi baş hakim təyin olunandan bir gün sonra çıxarılıb. Bu da ölkədə böyük etiraza səbəb olub. Çünki Raisi 1988-ci ildə siyasi məhbusların kütləvi edam olunmasını təşkil etməklə yadda qalıb.

Son xəbərlər
Bütün xəbərlər »