Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazarbayev getdi, yeni prezident and içdi - Foto

Qazaxıstanda spiker Kasım-Jomart Tokayevin andiçmə mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, andiçmə Qazaxıstan parlament palatalarının birgə iclasında baş tutub.

Kasım-Jomart Tokayev Kasım-Jomart Tokayev

O, seçki müddətinin başa çatmasına qədər prezident postuna gəlib: “Təntənəli şəkildə and içirəm ki, Qazaxıstan xalqına dürüst qulluq edəcəm. Ölkənin qanunlarına və konstitusiyasına sərt riayət edəcəm, vətəndaşların hüquq və azadlıqlarını təmin edəcəm, Qazaxıstan Respublikasının prezidenti kimi üzərimə qoyulan məsuliyyət vicdanla yerinə yetirəcəm”.

Kasım-Jomart Tokayev Kasım-Jomart Tokayev

Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşov Tokayevə prezidentliyini təsdiq edən sənədi təqdim edib.

Xatırladaq ki, ötən gün eks-prezident, 79 yaşlı Nursultan Nazarbayev 30 ildən sonra bu postdan istefa verib.

Son xəbərlər
Bütün xəbərlər »