Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İdman tarixində rekord məbləğdə müqavilə imzalandı - Foto

İdman tarixinin rekord məbləğini futboldan gözləməyin. Başqa idman növlərində daha böyük rəqəmlər dövr edir. Təəccüblü görünsə də, tarixin rekord məbləğdə müqaviləsinə beysbolda imza atılıb.

Bizimyol.info xəbər verir ki, ABŞ-da əsas beysbol liqası sayılan MLB-də Mayk Trautun “Los-Anceles Encels” ilə 12 illik müqaviləsinin dəyəri 430 milyon dollar olub. 27 yaşlı beysbolçunun klubu ilə anlaşmasının vaxtı gələn il bitirdi.

Mayk Traut Mayk Traut | Foto: AP Photo/Elaine Thompson

İndiyə qədər rekord “Arizona Daymondbeks”də oynayan Zak Qrinkiyə məxsus idi. İndi Mayk Zakdan da çox məvacib alacaq. Qrinki ildə 34,4 milyon dollar qazanır. Trauta isə ildə 36 milyon dollar verilməsi nəzərdə tutulub.

Mayk “Los-Anceles Encels”də 2011-ci ildən çıxış edir. O bu müddətdə 7 dəfə MLB-nin bütün ulduzlarının matçında iştirak edib. İki dəfə liqanın ən yaxşı oyunçusu seçilib.

Son xəbərlər
Bütün xəbərlər »