Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aysel Əlizadə Xoşqədəm Hidayətqızını məhkəməyə verdi

Xəbər verdiyimiz kimi Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində Turanə adlı qadın müğənni Aysel Əlizadənin onun ailəsini dağıtdığı haqda ilginc açıqlamalar verib. Proqramda yaşanan gərgin anlardan sonra məsələ daha da böyüyüb.

Oxu.Az xəbər verir ki, Ayselin vəkili Ruhin Yolçuyev Xoşqədəm Hidayətqızına məktub yollayıb.

Aysel Əlizadə, Elçin Nəcəfov, Turanə Nəcəfova Aysel Əlizadə, Elçin Nəcəfov, Turanə Nəcəfova

Xoşqədəm isə məktubda yazılanları canlı efirdə səsləndirib. Nəticə etibarilə müğənni Aysel Əlizadə Xoşqədəm Hidayətqızını məhkəməyə verib. Qeyd olunub ki, Turanə adlı şəxs tərəfindən şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirilmiş, təhqir edilmiş Ayselin şəxsi və ailə həyatı ilə bağlı məlumatlar razılığı olmadan yayımlanıb.

X. Hidayətqızı Ayselə efir vasitəsilə müraciət edib və studiyaya gəlib özünün şəxsən yaşananlarla bağlı açıqlama verməsini istəyib. “Bu cür gözəlliyə sahib olan, gənc qız dədəsi yaşda kişi ilə eşq yaşaya bilməz. Buna görə məni məhkəməyə verirsənsə, get ver. Azərbaycanda namuslu qızların sayının çox olmasını istəyirəm”.

Son xəbərlər
Bütün xəbərlər »