Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaq muncuqları uddu, mədəsində qolbaq əmələ gəldi - Video

Körpələrə nəzarəti itirmək faciə ilə nəticələnə bilər. Çində bir az məsuliyyətsiz davranan valideynin bəxti gətirib. İki yaşlı övladını itirə bilərdi.

Bizimyol.info xəbər verir ki, Çinin İçəri Monqolustan vilayətində körpə anasının gözü qarşısında 18 maqnit muncuq udub. Əvvəlcə qadın buna ciddi fikir verməyib. Düşünüb ki, uşaq muncuqları ağzında saxlayır. Hərçənd, belə düşünmək özü də məsuliyyətsizlikdir. Sonradan qadın anlayıb ki, uşaq bu qədər muncuğu ağzında saxlaya bilməz.

Ana uşağın muncuqları qusması üçün çox çalışıb. Alınmayacağını anlayanda onu təcili xəstəxanaya çatdırıb. Orada rentgen zamanı möcüzəyə şahid olublar. Muncuqlar uşağın qarnında qolbaq şəklində düzülübmüş.

Qəribədir ki, uşaq heç bir narahatlıq ifadə etmirdi. Həkim Li Juyfeni də bu amil çox təəccübləndirir. Onun dediyinə görə, pasiyentin həm də bəxti gətirib. Muncuqlar bağırsaqlarına düşsəydi, nəticə çox acı olacaqdı.

Son xəbərlər
Bütün xəbərlər »