Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aydın Mirzəzadə: “Deputat maaşı ilə dolanıram…” - Müsahibə - Video

"Şəxsi biznesim yoxdur"

Milli Məclisin deputatı Aydın Mirzəzadə News24.az-a müsahibə verib. Müsahibə zamanı Aydın Mirzəzadə hazırda daha çox müzakirələr olunan məsələlərə aydınlıq gətirib: “Həmkarlarımın bəziləri aktiv olsalar da, mətbuatla zəif işləyirlər. Gördüklərini göstərə bilmirlər. Aktual məsələlərə dair yerində reaksiya versələr də, ancaq bunu işıqlandıra bilmirlər. Millət vəkilinin fəaliyyətinin əsaslı bir hissəsi mətbuatdır. Mətbuat cəmiyyətin güzgüsüdür. O, həm problemləri, həm də onların həllini göstərir. Bu baxımdan mətbuatı dəstəkləmək, işləmək, müəyyən problemləri qaldırmaq və ya onun həlli üçün mövqeyini bildirmək əsasdır”.

A.Mirzəzadə bildirib ki, qanunvericilik hakimiyyətini təmsil edən insanlar cəmiyyətin onların daima diqqətdə saxladığını, fikirlərinə mövqe bildirməyə hazır olmalıdırlar: “Bu baxımdan biz dediyimiz hər sözün sahibiyik. O, sahiblikdən irəli gələrək biz həm dəstəklənə, həm də tənqid oluna bilərik. Bəzi deputatların KİV-dəki çıxışları ictimaiyyət və mətbuat tərəfindən ironiya ilə qarşılanmasıyla bağlı nəsə deməyə çətinlik çəkirəm. Millət vəkili deyib ki. Hadi Rəcəblinin son vaxtlar verilən fərmanlar və qanunlara qarşı çıxaraq öz etirazını bildirməsindən daha çox prezident İlham Əliyevin xalqın sosial problemlərini həll olunması üçün verdiyi qərarlardır: “Kimsənin ömürlük deputat seçiləcəyinə dair öhdəlik verilmir. Seçicilər onların maraqlarını müdafiə edən şəxsi seçməkdə azaddır. Gələn il parlament seçkilərində biz yeni tərkibdə gəncləri, qadınları daha çox görəcəyik. Yalnız özünü doğrultmuş deputatların da yenidən seçilməsinin şahidi olacağıq”.

Deputatların maaşlarının və ezamiyyət xərclərinin artması xəbərlərinin doğru olmadığını bildirən A.Mirzəzadə deyib ki, ölkədə ən yüksək əmək haqqılar məhz deputatlarındı: “Hesab edirəm ki, bizim maaşlarımızın qalxmasına ehtiyac yoxdur. Maaşların artmasını gözləyən çox sayda insanlarımız var. Nə Mingəçevirdə, nə də Bakıda mənim şəxsi biznesim və ya restoranım yoxdur. Deputat maaşı ilə dolanıram. Ezamiyyət xərclərimizin qalxması haqda da məlumatım yoxdur”.

Millət vəkili hazırda müəyyən ərzaq növlərində qiymətlərin qalxmasının şahidi olduğunu da deyib: “Həmin ərzaqlar Azərbaycanda istehsal olunmur. Azərbaycanda tam ehtiyacımızı ödəməyəcək qədər istehsal olunan məhsullar taxıl və düyüdür. Digər sahələrdən aldığımız gəlirlərlə həmin məhsulları xaricdən alırıq. Həmin məhsulların ölkəmizə gətirərkən nəqliyyat və gömrük xərclərinin müəyyən qədər artması onların Azərbaycan bazarında müəyyən qədər artmasına səbəb olur. Bu nəzarətdə saxlanılır ki, bu artım böyük və sürətlə olmasın”.

Son xəbərlər
Bütün xəbərlər »