Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zidan Məhəmməd Salahı istəyir - məbləğ təklif etdi

Bu futbol mövsümü Madridin “Real” klubu üçün bitib. Çempionlar Liqasında və İspaniya kubokunda mübarizə başa çatıb. Primerada da, demək olar, çempionluq əldən çıxıb. İndi “Real” daha çox gələn mövsüm haqda düşünür.

Bizimyol.info xəbər verir ki, təzə-köhnə baş məşqçi Zinəddin Zidan klub rəhbərliyinə bəyəndiyi futbolçuların siyahısını təqdim edib. Onların arasında “Liverpul”dan Məhəmməd Salah da var. “Real” misirli futbolçu üçün 150 milyon avro ödəməyə hazırdır. Bu gün məlum olub ki, Zidan komandasında “Liverpul”dan başqa bir hücumçunu da görmək istəyir. Sadio Manenin oyunu fransız mütəxəssisin çox xoşuna gəlir.

Məhəmməd Salah Məhəmməd Salah

Zidan Maneni hələ keçən mövsüm “Real”a gətirmək istəyirdi. Onda transferi reallaşdırmaq mümkün olmadı. Zidan bu dəfə istəyinə çatmaqda israrlıdır.

Son xəbərlər
Bütün xəbərlər »