Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NASA insanların köçə biləcəyi planetin adını açıqladı

Yer kürəsinə bir şey olsa, insanlar harada yaşaya bilər? Ağlımıza daha çox Ay və Mars gəlir. Elm adamları tamam başqa ulduzu insanların yaşaması üçün münasib sayır.

Bizimyol.info xəbər verir ki, NASA mühəndisi Canel Uellons Saturnun ən böyük peyki Titanı həyat üçün ən uğurlu planet adlandırır. Hətta Merkuridən böyük olan ulduzun sıx atmosfer qatı var. Bu qat şüalanmadan qorumaq gücündədir.

Canel Uellons Canel Uellons | Foto: Twitter @NASAJPL_Edu

Uellons deyir: “Atmosfer orada o qədər sıxdır ki, biz hətta qollarımıza qanadlar bərkidib, uça bilərik”. Titanda maye də var. Sadəcə, çay və gölə oxşayan hövzələr sudan yox, metandan ibarətdir. Burada metandan yağışlar da olur.

Titanda skafandrsız gəzmək mümkündür. Amma soyuqdan qoruyan xüsusi geyimə və kislorod maskasına ehtiyac var. Uellons Saturnu öyrənən “Cassini” missiyasının üzvü olub. Ora göndərilən kosmik zond Canelin də izlədiyi işçi qrupa xeyli informasiya ötürmüşdü. İki il əvvəl zond işini başa vurdu və nəhəng boşluqda yanıb külə döndü.

Titanla bağlı deyilənlərə bədbin yanaşanlar da çoxdur. Bir neçə arqument var. Birincisi, planet Günəş şüasının yalnız 1 faizini qəbul edir. İkincisi, orada maksimum temperatur -180 dərəcə olur. Titanda gün bizim 15,9 sutkamıza bərabərdir. Saturnun peykində il bizim 29,5 il qədər sürür.

Son xəbərlər
Bütün xəbərlər »