Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Barselona” Qrizmandan imtina etdi: Hücum xəttinə 3 oyunçudan birini alacaq

“Barselona” futbol klubu həm Çempionlar Liqaısnda, həm də İspaniya çempionatında xeyli uğurlu çıxış etsə də, heyətini gücləndirməyi unutmur. Yeni transferlər arasında “Atletiko”dan Antuan Qrizmannın adı daha çox səslənir.

Bizimyol.info xəbər verir ki, “Barselona” Fransa milli komandasının üzvünü almaq fikrindən daşınıb. Burada bir neçə amil rol oynayıb. Birincisi, Qrizmann ehtiyatda qalaraq, Luis Suaresin yerinə ona şans veriləcəyini gözləmək istəmir.

İkincisi, onun son vaxtlar göstərdiyi oyun keyfiyyətləri “Barselona”nı tam qane etmir. Üçüncüsü, Qrizmann hələ keçən il Jerar Pikenin şirkətinin çəkdiyi sənədli filmdə “Barselona”ya bir müddət əvvəl “yox” dediyini açıq-aşkar bildirmişdi. Bu isə katalonların xoşuna gəlməmişdi.

Bəlkə də, elə əsas səbəb budur. Çünki Qrizmannın açıqlaması “Barselona”nın futbolçularının da ürəyincə olmamışdı. Komandada Antuanın tonunu aşağılayıcı saymışdılar.

Qrizman Qrizman

“Barselona” hücumçu axtarışını davam etdirir. Kataloniya klubu “Leyptsiq”dən Tim Verner, “Selta”dan Maksi Qomes, “Ayntraxt”dan Luka Yoviçdən birini almaq istəyər.

Son xəbərlər
Bütün xəbərlər »