Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "İstanbul heç vaxt Konstantinopol olmayacaq"

Türkiyədə yaşayan hər bir insan Çanaqqala döyüşünün böyük əhəmiyyət kəsb etdiyini bilməlidir.

“Anadolu”nun məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan adı çəkilən tarixi döyüşdə qələbənin 104-cü ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Ərdoğanın sözlərinə görə, həmin günlərdə Türkiyədə tarix yazılıb və bunu dərk etməyənlərin Türkiyə torpaqlarında yaşamağa haqqı yoxdur.

“Ümid edirəm ki, Türkiyə xalqı bir daha Çanaqqalada yaşanmış sınaqla üzləşməyəcək. Ancaq belə bir təhlükə ortaya çıxsa , şübhəsiz ki, onu aradan qaldıracağıq, necə ki, babalarımız 104 il əvvəl Çanaqqalada buna nail olmuşdular”, - deyə Türkiyə lideri bildirib.

Ərdoğan həmçinin qeyd edib ki, Yeni Zelandiyada törədilən qanlı terror aktı müəyyən dairələrin Türkiyəyə ismarıcıdır: “Müsəlmanların və Türkiyənin düşmənləri bizə nifrət etməyə davam etdiklərini bir daha nümayiş etdirdilər. Biz buna qarşılıq verməyə hazırıq. Bunu Çanaqqalada ucadan bəyan edirik”.

Türkiyəli dövlət başçısı qeyd edib ki, İsrail baş nazirinin Türkiyəyə qarşı bəyanatları Yeni Zelandiyadakı terrorçunun dedikləri ilə üst-üstə düşür və bütün bu bəyanatlar eyni mənbədən qaynaqlanır.

“Türk xalqı hər zaman yer üzündə olacaq. İstanbulu Konstantinopola çevirmələrinə imkan verməyəcəyik”, - deyə prezident vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »