Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gərgin iş rejimi üzünü iflic etdi: İstirahətə vaxt ayırmağı unutmayın! - Foto

Bəllidir ki, davamlı gərgin iş mütləq orqanizmdə müəyyən fəsadlar yaradır. Böyük Britaniyada da qadının uzun müddət gərgin iş rejimi sonda onun sifətinin bir hissəsinin iflic olmasına gətirib çıxarıb.

Bizimyol.info xəbər verir ki, hadisə İngiltərənin Lisd şəhərində baş verib. 36 yaşlı Emi Qrin danışır ki, bir gün öncə o, möhkəm başağrısı ilə yatıb. Düşünüb ki, yəqin yorğunluqdandır. Ertəsi gün yuxudan bir tərəfi islic olan üzlə oyanıb. Dərhal xəstəxanaya müraciət edən qadına “Bella iflici” diaqnozu qoyulub.

Bir gün öncə Emi Qrin özünü yaxşı hiss edib, işə gedib. Amma bir neçə saat sonra nitqində problemlər yaranıb, üzünün bir hissəsi isə sanki donub: “Mən özümü sərxoş adamlar kimi hiss edirdim...”

Emi Qrin Emi Qrin (Amy Green)

Xəstəxanada həkimlər deyib ki, bu xəstəlik altı mərhələlidir. Emidə artıq beşinci mərhələyə çatıb. Pasiyentə müalicə kursu yazıblar, amma öncədən onu xəbərdar ediblər ki, üzündəki əzələlərin bərpa müddətini bəri başdan demək mümkün deyil.

Emi Qrin şikayətlənir ki, sağalma prosesi kəskin ağrılarla müşayiət olunur. O, etiraf edib ki, bundan öncə çox gərgin işləyirdi, daim qaçhaqaçda olurdu, istirahətə vaxtı qalmırdı. Həkimlər də ehtimal edir ki, xəstəliyin səbəbi istirahətsiz iş rejimi, əsəb gərginliyidir.

İki ildir ki, müalicə davam edir, amma üz əzələləri hələ də tam sağalmayıb.

Son xəbərlər
Bütün xəbərlər »