Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ancelina Coli kino həyatını tərk edir

Məşhur aktrisa Ancelina Coli elə özü qədər məşhur olan həyat yoldaşı Bred Pitlə boşanandan sonra Hollivudu tərk edəcək. Aktrisa kinonu teatrla əvəzləmək niyyətindədir. Bu barədə aktrisanın rəfiqələrindən biri “National Enquirer” jurnalına məlumat verib.

Bizimyol.info xəbər verir ki, məsələ heç də Ancelinanın kinodan yorulması deyil. Rəfiqəsi deyir ki, əksinə, Hollivudda onun üçün iş xeyli azalıb.

Ancelina Coli və Bred Pitt Ancelina Coli və Bred Pitt | Foto: Jason LaVeris/Getty Images

İki dünya ulduzunun boşanması prosesində onların ortaq dostlarının əksəriyyəti Bred Pitin tərəfində olublar. Rəfiqəsinin sözlərinə görə, aktrisa tez-tez əri ilə ortaq dostları olan şəxslərdən qınaqlar eşidir. Bu da onun Hollivuddadı əlaqələrinə təsir göstərib.

Ancelina Coli öncə özünü Brodvey teatrında sınamağı planlaşdırır. Ümumiyyətlə, o, son vaxtlar uşaqları ilə tez-tez Nyu-Yorka gedib-gəlir. Bir müddət əvvəl onu Manhettendəki dini tədbirdə görüblər.

Aktrisanın böyük oğlu Meddok da deyib ki, yazda məktəbi başa vurandan sonra təhsilini Nyu-York universitetində davam etdirəcək. İstisna deyil ki, anası da ona yaxın olmaq istəyir.

Son xəbərlər
Bütün xəbərlər »