Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mercedes-Benz” 95 min avtomobili geri çağırır - Səbəb

Almaniyanın məşhur istehsalçısı "Mercedes-Benz" Çin bazarında satığı 95 min avtomobili sükan nasazlığı ilə əlaqədar geri çağırır.

Yenicag.az xəbər verir ki, geri çağırılan avtomobillər "Mercedes-Benz"in Pekindəki müştərək müəssisəsində 2016-cı ilin oktyabrından 2018-ci ilin aprelinədək olan müddətdə istehsal olunan "E" və "GLC" sinif nəqliyyat vasitələridir.

Mercedes-Benz

Administrasiyanın mütəxəssisləri həmin avtomobillərin sükan sistemindəki nasazlıqların qəzalara səbəb olacağını güman edirlər. İstehsalçı şirkət qüsurlu hissələri öz hesabına dəyişəcək.

Son xəbərlər
Bütün xəbərlər »