Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur aşpaz 76 kiloqram arıqlamağının sirrini açdı

Böyük Britaniyada məşhur baş aşpaz olan Tom Keric həm də BBC telekanalında kulinariya proqramının aparıcısıdır. O, qısa müddətdə 76 kiloqram arıqladığını deyib və buna necə nail olduğunu bölüşüb.

Bizimyol.info xəbər verir ki, Tom Kericin çəkisi 190 kiloqrama çatıbmış. Onda arıqlamağa qərar verib və istədiyinə də nail olub. Danışır ki, aşpazlığa başlayandan sonra vaxtını və enerjisini əsasən bu sahədə şəxsi biznesini yaradıb, inkişaf etdirməyə sərf edirdi. O, bir neçə restoran açıb. Baxmayaraq ki, həftədə təxminən 90 saat işləyridi, amma o, bundan zövq alırdı.

“Baş aşpaz olmaq o deməkdir ki, gecə yarısı da, səhər tezdən də işləyirsən. Başqa sözlə, sən yuxudan imtina etmiş olursan. Çünki işin o qədər çox olur ki, normanı yatmağa da vaxt qalmır. Özünü tamamilə işə həsr edirsən. Axı qazandığın uğurları itirmək istəmirsən. Restoranların daim populyarlığını qorumalı, fərqlənməlidir ki, müştərilər onu seçsin. Bu cür anormal iş tərzi də mənim sağlamlığıma təsir göstərdi. Çünki daim yorğun iş günündən sonra nisbətən rahatlanmaq istəyirdim. Gecə yarısı yemək yeyirdim, spirtli işki içirdim. Ümumiyyətlə, yeməyimə, orqanizmimə diqqət yetirmirdim”, - deyə o, necə kökəldiyini danışır.

40 yaşında 190 kiloqrama çatan Keric deyir ki, belə həyat tərzi ilə bundan sonra daha 40 il yaşaya bilməyəcəyini anlayıb və qəti qərar verib. O, spirtli içkilərdən, tərkibində şəkər və karbohidratlar yüksək olan qidalardan imtina edib. Nəticədə çəkisinin 40 faizini – 76 kiloqramını itirib.

Keric hesab edir ki, onun bu dərəcədə çox kökəlməsinin əsas səbəblərindən biri yarımfabrikat yeməklərə olan “sevgisi” idi. Ona görə də “Evdə dadlı yeməyi necə hazırlamaq olar?” adlı son kitabında insanları restoran-kafelərdən uzaqlaşıb, öz evlərində hazırlanan yeməkləri yeməyə çağırır.

Son xəbərlər
Bütün xəbərlər »