Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bizi aldadıblar: Yer kürəsinə ən yaxın planet Mars və Venera deyilmiş

İndiyə qədər elə bilmişik ki, Yer kürəsinə ən yaxın planet Mars və Veneradır. Bizi aldadıblar, Merkuri yaşadığımız dünyaya daha yaxındır.

Bizimyol.info xəbər verir ki, astronomlar fərqli hesablama üsulu ilə Yer kürəsinə ən yaxın planetin Mars və Venera olmadığını müəyyənləşdiriblər. Bu haqda “Physics Today” jurnalında məqalə də dərc edilib.

Məsələ çox sadədir. Astronomlar, adətən, planetlərin orbitləri arasındakı radiusu hesablayırdılar. Məsələn, Venera ilə bu mənada məsafə 42 milyon kilometrdir. Amma Merkuridən bizi 80 milyon kilometr ayırır. Halbuki bir amil diqqətdən yayınıb. Venera Yerdən həmişə eyni məsafədə olmur. Venera Yerlə Günəş arasında olanda ən yaxın sayıla bilər. Bu planet Günəşin o biri tərəfindədirsə, məsafə 256 milyon kilometrə yüksəlir. Orta göstərici çıxaranda da Merkuri bizə daha yaxın dayanır.

Merkuri planeti Merkuri planeti

Merkuri həm də çox tədqiq olunmayan planetdir. İlk dəfə planetin orbitinə kosmik cihaz 2011-ci ildə yollanıb.

Son xəbərlər
Bütün xəbərlər »