Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makrondan gözlənilməz bəyanat

Fransa prezidenti Emmanuel Makron “sarı jiletlər”in Parisdə törətdiyi iğtişaşları pisləyib.

O bu barədə özünün Twitter səhifəsində yazıb.

Makron qeyd edib ki, baş verənləri artıq etiraz aksiyası adlandırmaq olmaz. “Bu insanlar respublikanı məhv etmək istəyirlər. Orada olanların hamısının bu işdə əli var”,- deyə o vurğulayıb.

Fransa prezidenti həmçinin qeyd edib ki, oxşar halların gələcəkdə baş verməməsi üçün güclü qərarlar qəbul edilməlidir. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »