Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Əfv sərəncamının icrasına başlanıb - Foto, Video
Fikrət Fərəməzoğlu azadlıqda

Martın 16-da Prezident İlham Əliyevin imzaladığı məhkum edilmiş bir sıra şəxslərin əfv edilməsi haqqında sərəncamın icrasına başlanılıb.

Bizimyol.info xəbər verir ki, əfv sərəncamının icrası 2 saylı cəzaçəkmə müəssisəsində davam edib.

Cəzaçəkmə müəssisəsindən 31 nəfər məhbus əfv olunub. 2 saylı cəzaçəkmə müəssisəsinin rəisi Tahir Yusifov, deputat Elman Nəsirov, Penitensiar Xidmətin əməliyyat-rejim İdarəsinin rəisi Mirsaleh Seyidov çıxış edərək, azadlığa buraxılanları təbrik edib, daha sonra onlara sənədləri təqdim ediblər.

2 saylı cəzaçəkmə müəssisəsindən buraxılan şəxslər arasında Rəşad Ramazanov, Qiyas İbrahimov, Elgiz Qəhrəman, jurnalistlər Fikrət Fərəməzoğlu və Nicat Əliyev də var.

Xatırladaq ki, əfv sərəncamı ümumilikdə 431 nəfərə şamil olunub.

Onlardan azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bir nəfərin cəzası 25 il, 2 nəfərin cəzası isə 20 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib.

Azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 11 nəfər də cəzadan azad olunub.

Bunda başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş bir nəfər, islah işləri cəzasına məhkum edilmiş 3 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

1 nəfər ictimai işlər cəzası, 12 nəfər isə cərimə cəzasından azad edilib.

Əfv sərəncamı 14 xarici vətəndaşa, o cümlədən 3 Gürcüstan, 2 Rusiya, 2 Nigeriya, hərəsinə 1-i olmaqla Türkiyə, İran, Özbəkistan, Çin, Kamerun, Hindistan, Belarus vətəndaşlarına da şamil olunub.

Rüfət Səfərov Rüfət Səfərov (sağda) | 9 saylı Cəzaçəkmə Müəssisəsi

Bakı İstintaq Təcridxanası Bakı İstintaq Təcridxanası

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Nazirlik 190 manata qarpız alaraq parçalayan şəxsin əməllərinə münasibət bildirib
››› İcra başçısının işdən çıxarılmasına səbəb... - Video
››› Koronavirusun dərmanı açıqlanan kimi dünya birjalarında canlanma başladı
››› Rusiyalı baş infeksionist: "Azərbaycan bizim səhvimizi təkrarladı"
››› Elman Rüstəmovla bağlı qalmaqal böyüyür
Son xəbərlər
Bütün xəbərlər »