Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Diş ağrısına qarşı təbii vasitələr əlavə problemlər yaradır
Diş ağrıyanlar heç də həmişə tez bir zamanda həkimə müraciət etmir. Ağrını kəsmək üçün uzun müddət bir çox təbii vasitələrə əl atılır. Hələ qədimlərdən diş ağrısına qarşı istifadə olunan təbii vasitələr günümüzdə də aktuallığını qoruyub saxlayır. Bu sırada mixək, sarımsaq, çörək otu, duzlu suyu, bundan başqa sirkəni, arağı qeyd etmək olar.

E-tibb.az bildirir ki, mütəxəssislər isə müvəqqəti ağrıkəsici effekti olan bu vasitələrlə bağlı fərqli düşüncədədirlər. Məsələn, Türkiyədən olan mütəxəssislər hesab edir ki, mixək, sarımsaq dişlər üçün xeyirli deyil, əksinə onların zərərləri var.

Bu təbii vasitələr diş ağrısı zamanı istifadə olunduqda dişlərə və ətraf toxumalara zərər vurur.

Həkimlərə görə, dişdə ağrı varsa, onun öz-özünə, yaxud da təbii vasitələrlə ötüşəcəyini gözləmək düzgün deyil. Mixək, sarımsaq, araq, həmçinin aspirin həblərindən istifadə əslində vəziyyəti yaxşılaşdırmır, əksinə əlavə problemlərə yol açır.

Bu üsullardan istifadə dişlərdə, diş ətində iltihabın yaranması və dişlərin tamamilə sıradan çıxmasına şərait yarada bilər.

Ona görə də stomatoloqlar diş ağrıyan kimi həkimə müraciət olunmasını tövsiyə edirlər.

Son xəbərlər
Bütün xəbərlər »