Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Milyonlarla insan istidən və xəstəliklərdən qırılacaq
meyidd

Planetin gələcəyi ilə bağlı əsasən bədbin proqnozlar verilir. Dünya əhalisinin sürətlə artması xeyli fəsadlar ortaya çıxaracaq. BMT-nin hesabatına görə, iqlim dəyişikliyi, xüsusilə Arktikada güclü istiləşmə Asiyada, Yaxın Şərqdə, Afrikada milyonlarla insanın ölümünə səbəb olacaq.

Bizimyol.info xəbər verir ki, hesabatı 70 ölkədən 250-yə qədər elm adamı hazırlayıb. Mütəxəssislər xəbərdarlıq edir ki, gələcəkdə qlobal istiləşmədən başqa, içməli suyun çirklənməsi, bakteriyaların mikroblara qarşı preparatlara müqavimətinin artması, kişi və qadın məhsuldarlığının endokrin pozuntusuna görə aşağı düşməsi, uşaqlarda sinir sisteminin sıradan çıxması ölüm sayını kəskin artıracaq.

Paris müqaviləsinin qarşıya qoyduğu məqsədə nail olunsa da, bu, Arktikada temperaturun artmasını dayandıra bilməz. Orada temperatur 2050-ci ilə qədər 3-5 dərəcə artacaq. Daha 30 il sonra isə artım 9 dərəcəyə çatacaq.

Bundan əlavə, milyardlarla ton karbondan ibarət olan permafrost həcmi 25 faiz azalacaq. İstiləşmə daha kəskin xarakter alacaq.

Paylaş »
››› Turist daşıyan təyyarə yandı - Video
››› Meyxanaçı Vüqar külli miqdarda pul udması ilə bağlı xəbərlərə aydınlıq gətirdi
››› İnsan üzlü balıq görüntüləndi - Video
››› Azərbaycanda ağzı olmayan uşaq dünyaya gəldi - Video
››› Beş gün dərs olmayacaq
Son xəbərlər
Bütün xəbərlər »