Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yüzə yaxın köçkün ailəsinin yaşadığı yataqxana uçur - FOTO+VİDEO
Qəzalar zamanı sakinlərdən xəsarət alanlar olsa da, müvafiq qurumlar tədbir görmürlər

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi başlayandan bu yana öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar. Məcburi köçkünlərin əksəriyyəti isə paytaxt Bakıda yaşayır. Onlar əsasən yataqxanalarda, pansionatlarda və uşaq bağçalarında məskunlaşıblar.

20 ildən artıqdır ki, onların məskunlaşdıqları belə yataqxanalardan biri də Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, Ağasadıq Gəraybəyli küçəsi 23A ünvanında yerləşən Fəhlə yataqxanasıdır. Bina uzun illərdir istismar olunduğundan demək olar ki, yararsız hala düşüb, yataqxananın dam örtüyü, sanitar qovşağı, su və elektrik xətləri bərbad vəziyyətdədir.

Burada Dağlıq Qarabağ və ətraf ərazilərdən məcburi köçkün düşmüş yüzə yaxın məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb.

Doğma yurdundan, evindən didərgin salınan məcburi köçkünlər üçün bu darısqal, şəraitsiz, üfunət iyi verən yataqxanada məskunlaşmaq onlar üçün arzuolunmazdı. Onlar uzun illərlə bu ağır şəraitdə yaşamağa ona görə qatlaşır ki, həsrətilə yaşadığı doğma yurdlarına qovuşacaqlar.

Məcburi köçkünlər bildirirlər ki, yataqxanada dəfələrlə yanğın və uçqun olub. Onların sözlərinə görə, yataqxana qəzalı vəziyyətdədir.

Yayda toz-torpaq, qışda palçıqlı həyət, yararsız vəziyyətdə olan balkonlar, ayağının altında dağılmağa hazır olan pilləkənlər, zir-zibilli, üfunət qoxuyan dəhlizlər... Amma onlar burada yaşamağa məcburdurlar.

“25 ildir burda yaşayırıq. Şikayət etdikdə, təmir-bərpa işləri görəcəklərini deyirlər. Amma təmir işi ilə bitəcək dərd deyir. Müəyyən təmir işləri görülür. Amma vəziyyət yenə dəyişmir. Bina artıq istismar müddətini başa vurub”,-deyə Ağdam rayonundan məcburi köçkün Müstəqim Misirli bildirib.

O deyir ki, yataqxanda onlar ümumi mətbəxdən və ümumi ayaqyolundan istifadə edirlər. Burada antisanitariya şəraiti hökm sürür. Üfunət qoxusundan nəfəs almaq olmur.

Məcburi köçkünlər yerləşən yataqxanada baş verən uçqun zamanı xəsarət alanlar olub. Müvafiq icra hakimiyyəti qurumlarına edilən müraciətlər nəticəsiz qaldığına görə, problemin həllini ictimailəşdirməkdə görürlər.

Bildirək ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarında, sərəncamlarında və dövlət proqramı var.

1998-ci ildə Azərbaycan Respublikası prezidentinin sərəncamına əsasən “Qaçqınların və Məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı” təsdiq edildi. 1999-cu ildə ölkə prezidentinin fərmanı ilə dünya təcrübəsində ilk olaraq Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu təşkil edildi.

Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 saylı sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğullunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilib.

Ramid İBRAHİMOV

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər