Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Expressbank-dan talassemiyalı uşaqlara dəstək
Expressbank-ın rəhbərliyi və əməkdaşları daimi ənənələrinə sadiq qalaraq növbəti qanvermə aksiyasını keçirmişlər. 12 Mart 2019- cu il Express İnkişaf Mərkəzində baş tutan aksiya qan xəstəliyindən əziyyət çəkən uşaqlara könüllü və təmənnasız kömək məqsədi ilə təşkil edilib. Azərbaycan Talassemiya Federasiyası və Qan Donorları Assosiasiyasının təşəbbüsü ilə ölkədə mütəmadi olaraq təşkil edilən aksiyada bankın 40 əməkdaşı könüllü qan verib.

Qeyd edək ki, 2005-ci ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramına start verilib. Hazırda Azərbaycanda 2000-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insanlar mövcuddur ki, onların həyatı qanvermə aksiyalarından asılıdır. Korporativ sosial məsuliyyətə xüsusi diqqət ayıran Expressbank daima xeyriyyə tədbirlərinin təşkili və dəstəyini gündəmdə saxlayır.

Xatırladaq ki, Expressbank-ın xidmət şəbəkəsi 15 filialdan ibarətdir. Onlardan 9-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 5000-dən artıq POS terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.

Son xəbərlər
Bütün xəbərlər »