Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Minlərlə turistin üz tutduğu yerdə yol problemi – Video
Azərbaycanda turizmin inkişafı üçün əlverişli imkanlara malik bölgələrdən biri də Qəbələ rayonudur. Rayonun turizm potensialına nəzər salmaq üçün onun relyefini, iqlimini, şəlalələrini, abidələrini nəzərdən keçirmək kifayətdir.

Bizimyol.info-nun əməkdaşı Qəbələyə yollanıb. O, müşahidə edib ki, turizm sahəsində rayonun müsbət imicinin formalaşması üçün yol infrastrukturu yenidən qurulmasına və təmizlik işinin aparılmasına ehtiyac var.

Qəbələnin ən məşhur turizm məkanlarından biri olan “Yeddi gözəl” şəlaləsinə gedən yol yararsız vəziyyətdədir. Yolsuzluqdan turistlər qədər yerli sakinlər əziyyət çəkirlər. Hər il minlərlə turistin baxmağa gəldiyi şəlaləyə gedən avtomobil yoluna asfalt örtüyü salınmalıdır. Şəlalənin ərazisinə giriş 2 manatdır. Burada atla gəzinti də 2 manat təşkil edir.

Şəlalə ərazisində çalışanlar deyir ki son 6 ayda bura yerli turistlər gəlmirlər. Şəlaləyə gələnlər əsasən xarici turistlər və Azərbaycanda işləyən əcnəbi vətəndaşlardı.

Süni su hövzəsi olan Nohur gölü Qəbələdə meşələrlə əhatə olunmuş sevimli istirahət zonasıdır. Amma gölün və sahilinin məişət tullantılarından təmizlənməsinə ehtiyac var.

Turistlərin üz tutduğu yerlərdən biri də Qəbələnin Laza kəndidir. Dəmirparan çayının iki yerə böldüyü kənd turistlər üçün maraqlı yerlərdən biridir. Amma kəndin yolsuzluq problemi olduğuna görə turistlər təbiətin ilin dörd fəsilində yaratdığı gözəllikləri görə bilmirlər.

Qəbələdən hazırladığımız reportajı təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »