Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İş adamı başına tük əkdirmək istədi, həyatını itirdi
Keçəllik

Hindistanda iş adamı əməliyyatdan sağ çıxmayıb. Başına tük əkdirmək istəyən adam həyatını itirib.

Bizimyol.info xəbər verir ki, Şravan Kumar Çaudhari özəl klinikalardan birində vəfat edib. Həkimlərin dediyinə görə, pasiyent anafalaktik şok keçirərək ölüb.

Çaudhari əməliyyatı ailəsindən gizlin edirmiş. İş adamı dərhal ölməyib. Halı xarab olan günün ertəsi onun həyatını xilas edə bilməyiblər.

Qaydaya görə, maksimum 3 min saç kökü əkilməlidir. Cərrah uzağı 3700-nə razı olub. Amma Çaudhari daha sıx saç istədiyini bildirib. Beləcə, 9250 saç kökünün pulunu ödəyib. 7 min dollarından keçən iş adamı bununla ölümünə qol çəkib.

Polis araşdırmaya başlayıb. Klinikanın baş həkimi Vikas Halvay bütün prosedurları qaydalara uyğun etdiklərini deyir.

Paylaş »
››› Professordan koronavirusla bağlı əsəbi açıqlama: "Axmaq olmayın!"
››› Səhiyyə nazirimiz haradadır: Nazirlikdən sürpriz cavab
››› Deputatın rəis oğlu koronavirusa yoluxub: İdarə karantinə alınıb
››› Nazirlikdən hava şəraiti ilə bağlı xəbərdarlıq
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »