Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marsda insan əlinin məhsulu olan əşya tapdılar - Foto, Video

Marsda həyat olub-olmaması uzun müzakirələrin predmetidir. Kinematoqrafiya bu haqda müxtəlif filmlər yaratmaqdan yorulmur. Alimlər nə vaxtsa burada həyat olması qənaətindədir.

Bizimyol.info "express.co.uk" saytına istinadən xəbər verir ki, Marsın səthində mənşəyi məlum olmayan əşya tapılması yeni bir müzakirə istiqaməti müəyyənləşdirib. Bir “Youtube” bloggeri NASA-nın planetdə gəzən cihazın yaydığı görüntülərdə maraqlı detal aşkar edib. Onun gözündən metal parçası yayınmayıb. Bloggerdən sonra bu predmetə yüzminlərlə adam da diqqət yetirib. Onun fikrincə, bu, itmiş sivilizasiyanın kosmik gəmisinin bir parçası ola bilər.

Mars planetindən görüntü Mars planetindən görüntü

Blogger düşünür ki, Mars əvvəllər Yer kürəsinə bənzəyib. Lakin radiasiya planeti ağıllı varlığın mövcudluğu üçün yararsız hala salıb. Təxminən alimlər də belə fikirləşir. Onların fikrincə, Mars nə vaxtsa canlı planet olub. Müəyyən fiziki dəyişikliklər planetin ümumi obrazına böyük təsir göstərib.

Son xəbərlər
Bütün xəbərlər »