Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Futbolçuya anası “Mançester Siti”də qalmağa imkan vermir - Foto

Leroy Sane “Mançester Siti”nin əsas futbolçularındandır. Almaniya milli komandasının oyunçusunun İngiltərə klubunun uğurlarında payı böyükdür. Buna görə də “Mançester Siti” onunla müqavilənin müddətini uzatmaq istəyir.

Bizimyol.info xəbər verir ki, müddətin uzadılmasına Sanenin anası imkan vermir. Regine Veber oğlunun agentidir. Bütün danışıqlarda iştirak edir. Açıq-aşkar görünür ki, müqavilə şərtləri ananı qane etmir. Bu üzdən neçə müddətdir müqavilə müddətini uzatmaq planı həyata keçmir.

Regine Veber Regine Veber

İngiltərə mətbuatının yazdığına görə, ümumiyyətlə, futbolçunun valideynləri onun işlərinə çox qarışır.

Regina Veber (soldan ikinci) və Leroy Sane (soldan üçüncü)

Hətta Leroyun atası da müqavilə şərtlərinə müdaxilə edir.

Son xəbərlər
Bütün xəbərlər »