Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın bu kəndindən qeyri-adi görüntü - VİDEO
Bizim Yol”un izləyicilərindən olan fotoqraf Ayxan Salahov Qusar rayonunun Laza (və ya Ləzə) kəndinə etdiyi səyahət zamanı kəndin gözəl mənzərəsinini telefonunun yaddaşına köçürüb bizə göndərib.

Bildirək ki, Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində yerləşən Laza kəndi şəlalələri ilə məşhurdur. Burada qayalıqlardan çoxlu şəlalələr axır.

Fotoqraf səyahət etdiyi kəndlə bağlı təssüratını bizimlə bölüşüb: “Bu kənd əzəmət və gözəlliyin ahəngidir. Çox danışmaq istəmirəm. Necə deyərlər, yüz dəfə eşitməkdəndirsə, bir dəfə görmək yaxşıdır.

İşimlə bağlı Lazaya çəkilişə getmişdim. Sizə göndərdiyim bu kadrı da telefon ilə suyun altından çəkmişəm. Məqsədim Azərbaycanın gözəl mənzərələrini insanlara çatdıra bilməkdir. Bu yeri çox adam tanımır, amaa tanımağa dəyər bir mənzərəsi var.”

A.Salahovun müəllifi olduğu qeyri-adi görüntünü təqdim edirik:

Ramid İbrahimov

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »