Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan klubundan transfer bombası

"Səbail" Futbol Klubu dünya şöhrətli Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb.

Klubun rəsmi saytı xəbər verir ki, Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir. Peşəkar karyerasına Fransa "Bastia"sında başlayan Esyen ən çox oyuna İngiltərənin "Çelsi" klubunda çıxıb.

Yarımmüdafiəçi "Çelsi" formasında 168 oyunda 19 qol vurub.

O, İspaniya paytaxtının "Real" və İtaliya nəhəngi "Milan"ın da şərəfini qoruyub.

Son xəbərlər
Bütün xəbərlər »