Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın-kişi dostluğunun mümkün olduğunu sübut edən 10 ulduz cütlüyü - Fotolar

Dəfələrlə eşitmişik ki, kişi ilə qadının dostluğu mümkün deyil. Siz də inanmırsınız?

Onda bizimyol.info bunu sübut etməyi bacarmış 10 ulduz cütlüyün siyahısını sizə təqdim edir:

Keyt Uinslet və Leonardo Di Kaprio

Keyt Uinslet və Leonardo Di KaprioKeyt Uinslet və Leonardo Di Kaprio © Matt Sayles /Invision / AP / East News

Onların dostluğu “Titanik” lentə alınarkən 1997-ci ildə çəkiliş meydançasında başlamışdı. Bu filmdən sonra bütün dünya onları sevgili kimi qəbul etmişdi. Amma Keyt və Leonardo möhkəm dost olduqlarını bu illər ərzində sübut ediblər. Di Kaprio “Oskar” alanda Uinslet uşaq kimi sevinirdi.

Culiya Roberts və Corc Kluni

Culiya Roberts və Corc Kluni © AFP / East News

Culiya və Corc də çəkiliş meydançasında tanış olublar. “Ouşenin 11 dostu” filmində birlikdə çəkilmişdilər. Çəkiliş zamanı Culiyanın hamilə olduğu üzə çıxmışdı. Onda Corc özünü əsl dost kimi aparmışdı. Onun həyat yoldaşı Amali Kluni hələ bir dəfə də qısqanclıq nümayiş etdirməyib.

Yeva Lonqoriya və Mario Lopes

Yeva Lonqoriya və Mario Lopes Foto: Instagram @mariolopez

Aktrisa Yeva Lonqoriya dünyaya uşaq gətirəndə aparıcı Mario Lopes balacanın xaç atası olmuşdu. Bu dərəcədə möhkəm dostdurlar. Mario Yevanın oğluna vaxt ayırmağı heç vaxt unutmur.

Enn Heteuey və Hyu Cekman

Enn Heteuey və Hyu Cekman © Evan Agostin / Invision / AP / East News

Onlar “Rədd edilmişlər” filminin çəkilişləri zaman tanış olmuşdular. Həmin vaxtdan bəri bir-biri haqqında yalnız isti sözlər deyirlər. Enn hətta “Time” jurnalı üçün Hyu haqda oçerk də yazmışdı. Həmin yazıda Cekmanın necə gözəl insan olduğu barədə danışılırdı.

Keti Perri və Robert Pattinson

Keti Perri və Robert Pattinson Foto: Getty Images Entertainment Mark Davis

Keti və Robert birlikdə çox görünür. Onlar təəccübə əsas olmadığını düşünür: yaxşı dostdurlar. Perri “Courage Award” mükafatını alanda onu ən birinci təbrik eləyənlərdən biri Pattinson olmuşdu. Keti aktyor Orlando Blumla ailə qurmağa hazırlaşır. Ümid edirik, bundan sonra onun Robertin sevgilisi olması haqda daha danışmayacaqlar.

Zoui Deşanel və Cozef Qordon-Levitt

Zoui Deşanel və Cozef Qordon-Levitt Foto: Getty Images WireImage Tiffany Rose

On il əvvəl aktyorlar “Yayın 500 günü” romantik filmində birlikdə oynamışdılar. Tamaşaçılar hələ də inanmır ki, onlar sevgili deyil. Zoui və Cozef haqda belə bir zarafat da var: onların dostluğu o qədər uzun çəkib ki, indiyə sevgi münasibətləri qalmaz.

Sienna Miller və Çenninq Tatum

Sienna Miller və Çenninq Tatum © AFP / East News

Bu aktyorlar da kino çəkilişi zamanı bir-birini tanımışdılar. On ildir dostluq edirlər. Onlar hətta bir dəfə mənzillərini də dəyişiblər: britaniyalı aktrisa Nyu Yorka, Tatumun ailəsi isə Londona köçmüşdü.

Sandra Ballok və Rayan Reynolds

Sandra Ballok və Rayan Reynolds © DVS / Hollywood Press Agency / Reporter

“Təklif” filmi onları tanış etmişdi. Düzdür, tamaşaçılar hələ də onların dostluğuna inanmır. Hər ikisi boşanıb. Amma hər dəfə inamla deyirlər ki, onları dostluqdan başqa bir şey bağlamır.

Eşli Tisdeyl və Zak Efron

Eşli Tisdeyl və Zak Efron © Digital / Eroteme.co.uk / East News

Yenə kinonun təməlini qoyduğu dostluq. Hər imkandaca bir-birilərinə dəstək verirlər. Eşli Zakın yeni çəkildiyi hər filmin premyerasında görünür.

Teylor Svift və Ed Şiran

Teylor Svift və Ed Şiran © Kevin Mazur / WireImage / Getty Images

Teylorun dostu çoxdur. Amma Edin yeri ayrıdır. Svift Avstraliyadakı konsert zamanı Şiranın mahnısının sözlərini əlinə yazmışdı. Bundan sonra Ed Teylorla əlaqə saxlamışdı. İndi onların birgə layihələri də var. Fanatlar sosial şəbəkələrdə bu iki müğənninin soyadlarından #sweeran heşteqini də yaratmışdılar.

Son xəbərlər
Bütün xəbərlər »