Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağdam sakini zəhərli ilanı həyətində bəsləyir – VİDEO
Ağdam sakini Mirhəsən Abduyev 12 ildən çoxdur ki, həyətyanı sahəsində ilan saxlayır.

Xəzər TV-nin məlumatına görə, uşaqlıqdan ilan saxladığını deyən Mirhəsən kişi bir gününü belə bu sürünənsiz təsəvvür edə bilmir. Qafqaz gürzəsi adlanan bu ilan insan sağlamlığı üçün ən təhlükəli sürünəndir.

O, bir dəfə sancmaqla insanı öldürə bilir. Amma Mirhəsən Abduyev 12 ildən çoxdur ki, həyətyanı sahəsində saxlayır. Uzunluğu 2 metrdən artıq olan gürzə bir dəfə gecə vaxtı sahibini də dişləyib.

Sahibi bir dəfə ilandan canını qurtarmaq istəsə də, mümkün olmayıb. O, ilanı başqa yerə aparıb, lakin iki gün sonra ilan yenidən sahibinin yanına qayıdıb. Mirhəsən Abduyev ilanın qidalanması üçün ona xüsusi qulluq edir. Əl hərəkətləri ilə sürünənlə bir-birini başa düşdüyünü deyən Mirhəsən kişi həmişə onunla ünsiyyətdə olduğunu bildirir.

Ağdam sakini təkcə bu təhlükəli Qafqaz gürzəsini yox, həm də qızıl ilan saxlayır. Onun sözlərinə görə, qızıl ilan təhlükəsizdir. Zəhəri yoxdur, ancaq dişləyə bilər, bunun da heç bir qorxusu yoxdur. Mirhəsən Abduyev ilanın zəhərindən dərman kimi də istifadə edir.

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »