Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhəbbət naminə bir ildə 70 kq arıqladı

Məhəbbət çox şeyə qadirdir. İngiltərədə bir kişi bu bədənlə qadınların onu sevmədiyini hiss etdiyindən, arıqlamaq qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, Haverhill şəhərində yaşayan Lyuk Uizersin çəkisi 150 kiloqrama çatıbmış. O bu çəki ilə özünü çox pis hiss edirmiş. Həmişə əzgin imiş, normal işləyə bilmirmiş. Lyuk getdikcə özünü lap tənha hiss edir, depressiyaya düşür. Uizers anlayır ki, bu xarici görkəmlə onun həyatında heç vaxt məhəbbət olmayacaq.

Lyuk məşqlərə başlayır. Düzgün qidalanır. Tezliklə nəticəsini görür. Uizers qısa zamanda 32 kiloqram arıqlayır. Həyatında qadın peyda olması isə onu lap formaya salır. Lyuk ümumilikdə bir ildə 70 kiloqrama qədər çəki itirir. İngilis deyir ki, indi özünü heç vaxt olmadığı qədər xoşbəxt hiss edir.

Son xəbərlər
Bütün xəbərlər »