Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfran İsmayılov sosial şəbəkələrdə onu təhqir edənlərdən danışdı
“Qarabağ”-“Kopenhagen” oyunundan sonra sosial şəbəkələrdə tənqid atəşinə tutulan Əfran İsmayılov danışıb.

azxeber.com-un suallarını cavablandıran gənc futbolçu onu tənqid və təhqir edən sosial şəbəkə istifadəçilərinə cavab verib. Futbolçu oyunlarda zəif çıxış etməsi ilə bağlı iddiaların doğru olmadığını söyləyib:

“Hər oyuna çıxanda çalışıram ki, əlimdən gələni edim. Çalışıram ki, komandama xeyrim dəysin. Futbolçu hər zaman yaxşı oynaya bilməz. Bəzən oyunumuz alınmaya da bilər, zəif də təsir bağışlaya bilərik. Mən sosial şəbəkələrdə yazılanlardan xəbərdaram, məni söyənlərə demək istəyirəm ki, hər kəs öz tərbiyəsini göstərir. Mən tənqidi normal qarşılayan insanam, ancaq təhqirlər o adamların tərbiyəsini göstərir”.

Əfran İsmayılov sosial şəbəkələrdə ailəsi ilə bağlı problemləri olduğu üçün oyunlarda zəif iştirak etməsi ilə bağlı iddialara da cavab verib. O, ailəsində heç bir problemin olmadığını bildirərək, bu iddiaları təkzib edib:

“Necə oldu ki, bunu bir nəfər eşitdi? Təbii ki, belə bir şey yoxdur. Ailəmdə hər şey qaydasındadır. Dediyim kimi, bəzən oyunumuz alınmaya bilər. Buna görə insanların məni təhqir etməsi və şər atması doğru deyil”.

Futbolçu “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Kopenhagen”lə ev görüşündə qazandığı qələbənin şanslarını artırdığını deyib:

“Önümüzdə çox məsuliyyətli bir oyun var. Bu mərhələni keçsək, qrupa düşürük. Biz bütün gücümüzlə çalışacağıq ki, xalqımıza bu sevinci bəxş edək”.

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »