Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İndoneziyanın səfiri Bakı Avrasiya Universitetində olub - FOTOLAR
İndoneziyanın səfiri Bakı Avrasiya Universitetində olub - FOTOLAR

İndoneziyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fenanie Bakı Avrasiya Universitetinin qonağı olub. Bu barədə "Bizim Yol"-a Bakı Avrasiya Universitetinin Mətbuat və İnformasiya Xidmətindən məlumat verilib.

Qonağı səmimiyyətlə salamlayan Universitetin rektoru, professor Nazim Hüseynli iki ölkə arasında mehriban əlaqələrin təhsil sferasına da transformasiya etdiyini böyük məmmuniyyətlə qeyd etdi.

Səfir Hüsnan Bəy Fenanie Azərbaycana yaxından bələd olduğunu, bu ölkəni sevdiyini və iki dövlət arasında əlaqələrin daha da genişlənməsi üçün əlindən gələni əsirgəmədiyini dedi. O bildirdi ki, İndoneziya dünyanın iqtisadi cəhətdən inkişaf etmiş 20 ölkəsi arasında 15-ci yeri tutur. Ölkənin iqtisadi potensialının təhsil sahəsində də uğurlara zəmin yaratdığını vurğulayan səfir ölkəsinin qazandığı təcrübəni dost Azərbaycanla bölüşməyə hazır olduqlarını dedi.

İndiyədək Azərbaycanda bir sıra universitetlərdə görüş keçirdiyini və tələbələr qarşısında mühazirələr oxuduğunu bildirən səfir Hüsnan Bəy Fenanie elm və təhsil sahəsinə həssalıqla yanaşdığını bildirdi. O bunun səbəbini gənclərin ölkənin gələcəyi olması ilə izah etdi.

Bakı Avrasiya Universitetinin rektoru, professor Nazim Hüseynli səfirə rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti haqqında geniş məlumat verdi. Universitetin beynəlxlaq əlaqələrinə

toxunan rektor bu sahədə əlaqələrin kifayət qədər geniş olduğunu, xarici ölkələrdə yerləşən bir sıra universitetlərlə tələbə və müəllim mübadiləsi həyata keçirildiyini dedi.

Tərəflər daha sonra təhsil sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi də apardılar.

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
Son xəbərlər
Bütün xəbərlər »