Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“15 saylı CÇM-də heç bir işgəncə faktı qeydə alınmayıb”

Penitensiar Xidmət gərginlik yaranması barədə xəbər yayılan CÇM-lə bağlı açıqlama verib: “Müəssisə öz normal fəaliyyətini davam etdirir”

“Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsi (CÇM) ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir”.

Bunu Bizimyol.info saytının sorğusuna əsasən Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən bildiriblər. Sosial şəbəkələrdə yayılan məlumata görə, 15 saylı CÇM-də yeni təyin olunan rəis dustaqlara təzyiq göstərir, bir dustağın döyülərək ağır vəziyyətə olduğu bildirilir. Qeyd olunur ki, rəisin bu addımlarının səbəbi maddi maraqdan irəli gəlir və həbsxanada gərginlik davam edir.

Penitensiar Xidmətdən isə bildirilib ki, sözügedən cəzaçəkmə müəssisəində heç bir işgəncə faktı qeydə alınmayıb və müəssisə öz normal fəaliyyətini davam etdirir: “Əgər işgəncə ilə bağlı hansısa fakt varsa, qanunvericiliyə uyğun olaraq, məhbusun özünün və ya yaxınlarının yuxarı instansiyalara müraciət edərək, araşdırılmasını tələb etmək hüququ var ” – deyə Penitensiar Xidmətdən verilən açıqlamada bildirilir.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »