Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təkgöz it meymun balasını xilas edib "övladlığa" götürdü - Video

İtlər təkcə insanlara münasibətdə sədaqətli deyilmiş. Onlar başqa heyvanlara qarşı da çox mərhəmətli davranırlar.

Bizimyol.info xəbər verir ki, Hindistanın Madhya-Pradeş ştatında təkgöz it meymun balasına sahib çıxıb. Rubi əvvəlcə balaca meymunu başqa itlərin hücumundan qoruyub. Sonra isə ona süd verməyə, belində gəzdirməyə başlayıb.

Kanşkida kəndində çəkilən videoda da görünür ki, it meymun balasının qayğısına qalır. Halbuki gözünün birini xeyli əvvəl itirib, onun öz qayğısına qalan lazımdır.

İndi Rubi Madhya-Pradeş ştatında çox məşhurdur. Başqa kəndlərdən Kanşkidaya gəlib, itlə meymun balasının doğma münasibətinə tamaşa edirlər.

Son xəbərlər
Bütün xəbərlər »