Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dahilərin qeyri-adi və əzablı xəstəlikləri
Dünyanın elm, mədəniyyət və ədəbiyyat sahəsindəki ən böyük nümayəndələrindən sayılan bir neçə dahinin üzləşdiyi amansız xəstəlikləri təqdim edir:

Albert Eynşteyn - Modern fizikanın atası hesab edilən Albert Eynşteyn Asperger sindromundan əziyyət çəkirdi. Bu xəstəliyə uğrayan adamlar özünü uzun müddət yuxunun caynağından xilas edə bilmir. Mütəmadi olaraq, huşsuz vəziyyətə düşə bilərlər. Beyin yarımkürələri arasındakı əlaqə çox zəif olur.

Salvador Dali - Bir rəssam üçün əsl faciə sayılası fiziki asılılıq - Parkinson xəstəliyinin daşıyıcısı idi. Diqqətin yayınması, unutqanlıq, yaddaşsızlıqla müşahidə olunan xəstəlik get-gedə cinsi həyat və psixoloji müqaviməti də zəiflədir. Dalinin həyatında daha çox birinci hal müşahidə olunurdu. Rəssam 48 yaşına qədər cinsi fobiyanın daşıyıcısı olub.

Pablo Pikasso - Daha bir böyük rəssam – ispan Pikasso isə miqrendən əziyyət çəkirdi. Unutqanlıq və informasiyanı öyrənmə, onu yadda saxlama kimi beyin prosesləri onda çox zəif gedirdi. Xüsusən də nəyisə öyrənmək onun üçün çox çətin idi. Baş ağrısının - miqrenin təsiri ilə şəkillərə fərqli yön verə bilirdi.

Qeyd edək ki, Nitşe başda olmaqla, dünyanın bir çox dahilərində bu müşahidə olunub.

İsaak Nyuton - Bütün zamanların ən böyük alimlərindən olan məşhur fizik, filosof Nyuton başqa bir psixoloji pozuntu - Aspelger sindromuna uğrayıb. Bu sindromdan əziyyət çəkən insanlarda beyinin bütün hissələri eyni cür işləyir. Hər iki yarımkürənin fəaliyyəti bərabər olur. Bu sindromlu insanlar müxtəlif ixtisasları eyni səviyyədə bilirlər. Məsələn, Nyuton həm mühəndis, həm fizik, həm riyaziyyatçı, həm də filosof olub. Eyni sözləri Da Vinçi haqqında da demək olar. O, həm rəssam, həm ixtiraçı, həm filosof, həm də riyaziyyatçı kimi tanınırdı.

Aligyeri Dante – “İlahi Komediya”nın müəllifi Dantedə norkolepsiya və əzələ zəifliyi xəstəlikləri olub. Norkolepsiya gündüzlər özündə daim yatmaq ehtiyacı hiss etməkdir. Əzələ zəifliyi isə bu xəstəliyin nəticəsidir.

Con Neş - dünyanın ən məşhur alimlərindən biri olan Nobel mükafatlı alim şizofreniyadan əziyyət çəkirdi. O, gənc yaşlarından ta ömrünün son günlərinə qədər kimlərinsə onu izlədiyini düşünürdü. Bu insanlardan biri isə tələbəlik dövründəki otaq yoldaşı idi. Barəsində çəkilən “Ağıl oyunları” filmində Con Neşin dahiliyin “bəxş etdiyi” əzablara necə tab gətirdiyini demək olar.

Çarlz Darvin - Dəri xəstəlikləri və ciddi infeksiyadan əziyyət çəkirdi. Bu xəstəlik o qədər irəliləmişdi ki, Darvinin bədənində həşəratlar, qurdlar da gəzişməkdə idi. Darvin isə öz ənənəsinə sadiq qalaraq, kitabında “bədən qurdları”ndan da bəhs etmişdi.

Fridrix Nitsşe - XIX əsrin böyük filosolarından olan Fridrix Nitsşe özünün ən güclü ideyalarını ömrünün son 20 ilində - dəhşətli psixoloji sarsıntılardan əziyyət çəkən zaman yaradıb. Amma bu 20 il çox dəhşətli idi. Həkimlərin nüvəli mozaik şizofreniyası diaqnozu qoyduqları filosof hərəkətləri ilə bütün insanları təəccübləndirirdi. Bu xəstəliyin bir çox ağır simptomlarını özündə daşıyırdı. Məsələn, meqalomiyaya – yəni böyüklük iddiası xəstəliyinə tutulmuşdu. Özünün qısa vaxtda dünyanın bir nömrəli insanı olacağını deyirdi. Fotolarının məbəddə asılmasını istəyirdi. Bir tərəfdən belə deyirdi, amma o biri tərəfdən isə keçi kimi tullanır, küçədə atları qucaqlayır, ayaqqabısından çirkli su içirdi.

Nitsşenin ruhi xəstəliyinə səbəb isə 3 dəfə iflic keçirməsi olub. Məhz üçüncüdən sonra daimi olaraq xəstəxanaya yerləşdirilib, ömrünün son 11 ilini orada keçirib. Maraqlısı budur ki, “Zərdüşt belə deyirdi” kimi güclü fəlsəfi əsər bu illərdə yazılıb. Bu illərdə dünya fəlsəfi məktəbinə yenilik gətirən ali insan ideyası, yüksək əxlaq ideyası və faşizm ideyalarını yaradıb.

Ernest Heminquey - 1960-cı ildə Kubadan ABŞ-a dönən Ernest Heminquey bir yazıçı kimi təbliğ etdiyi ideyaların öldüyü cəmiyyətdə güclü depressiyaya qapılır. Artıq yaza bilmədiyini görür və könüllü olaraq psixoloji xəstəxanaya müraciət edir. Kəskin depressiya və əsəb pozğunluğu, zehni pozğunluq da bu vaxtdan sonra başlayır. Klinikadan çıxdıqdan sonra daha əvvəlki kimi yaza bilməyəcəyini anlayır və intihara cəhd edir. O, klinikadakı vəziyyətini bu cür təsvir edirdi: “Mənə elektroşok təyin edən həkimlər yazıçıları anlamırlar: Mənim kapitalım olan beynimi dağıtmaq və yaddaşımı silib məni həyatın kandarına atmağın mənası nə idi? Bu, parlaq müalicə idi, amma onlar pasiyenti itirdilər”.

Ədəbiyyata “itirilmiş nəsil” və “asyberq metodu” kimi ideyaları, “Qoca və dəniz”, “Əcəl zəngi” kimi əsərləri bəxş edən Hemninquey sonra yenidən müalicə olunur. Amma axır ki, istəyinə çatır. Depressiyanın pik həddində özünü ov tüfəngi ilə vurur.(Modern.az)

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
››› Hərbi qulluqçumuz şəhid olub - Ermənistanın növbəti təxribatı
Son xəbərlər
Bütün xəbərlər »