Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kişi 18 illik həyat yoldaşını atıb ... – Bakıda ailə dramı
“Ərim məni atıb doğma xalam qızı ilə getdi. Oğlumla səfil vəziyyətdə qalmışıq. Nə telefona cavab verir, nə də ki bizi axtarır”.

Qafqazinfo.az xəbər verir ki, bu sözləri Mehriban Musəvi öz şikayətində deyib. O bildirib ki, əri hazırda xalası qızı ilə birlikdə yaşayır: “Yardımlı rayonu Nisəkələ kənd sakini Cavanşir Bəkişovla 18 il əvvəl ailə həyatı qurmuşuq. Bir il sonra öyrəndim ki, xalam qızı Sevda Həsənova ilə aralarında əlaqə olub. Dava saldım, bir də o qızın üzünə baxmayacaqdım. O, evləndikdən sonra fikirləşdim ki, artıq aralarında hər hansı bir əlaqə olmaz. Ta ki ötən ilin noyabr ayında ərim bizi atıb onun yanına gedənə kimi. Cavanşir bir il əvvəl telefonda kimlərləsə yazışırdı, xalam qızı ailəli olduğu üçün onun olacağını düşünməmişdim. Amma hazırda birlikdə yaşayırlar. Qadın yetişkin iki qızı ilə birlikdə ərimin tutduğu birotaqlı mənzildə qalır.

Yoldaşı Heydərəli Həsənov onların yazışmasını tutduqda, ərinə mənim yoldaşımı sevdiyini deyib. Heydərəli də evdən çıxıb gedib.

Sevda Cavanşirə deyib ki, sənə 3 min manat verəcəm, iş qurarsan. O da evdən getdi. Ailəli olduğumuz zaman cehizlərimin hamısını satıb. Özü işləmirdi, bütün yük mənim üstümə düşürdü. Ona görə də indi hər yerim ağrıyır, əsəb xəstəliyi tapmışam. Bütün etdiklərimin qarşılığı olaraq oğlumla məni atıb getdi”.

Paylaş »
››› Hərbi qulluqçulara yeni qadağalar tətbiq olunacaq: "Çox böyük zərər gördük"
››› “Girişdə oturana on manat vermişəm, gözləyib gedəcəm” – Maşın bazarının son halı
››› Dərmanların təsiri niyə azalıb? - Mütəxəssisdən cavab
››› "Ön cəbhəni arxa cəbhəyə səliqəli şəkildə dəyişmək lazımdır!"
››› Azərbaycanda uşaqlara hansı müavinətlər nəzərdə tutulur - Xəbəriniz olsun!
››› “Ağrı dağında Azərbaycanı təhlükədən qorumaq üçün müdafiə sistemi qurulmalıdır” – Ahmet Öven
››› Ağır dərs yükü, əlavə repetitor: “Nazirlikdə daxili qarşıdurma qaldıqca belə də olacaq”
Son xəbərlər
Bütün xəbərlər »