Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mağazadan brilyant oğurlayan siçovul kameraya yaxalandı - Video

Ən bahalı əşyaları heç də həmişə insanlar oğurlamır. Məsələn, Hindistanın Bihar ştatında siçan yuvelir mağazasından brilyant aparıb.

Bizimyol.info xəbər verir ki, mağazanın sahibi Dirac Kamur səhər işə gələndə dəyəri 23 min rupi (təxminən 329 dollar) olan brilyant sırğaların yoxa çıxdığının fərqinə varır. İlk ağlına gələn mağaza əməkdaşları olur. Onlardan şübhələndiyindən, kamera görüntülərinə baxmaq qərarına gəlir. Bu zaman məlum olur ki, brilyantların yerləşdiyi sarı bağlamanı axşam saat 11 radələrində siçovul aparıb. Mağaza əməkdaşları nə qədər axtarsa da, siçovulu tapmır.

Kumar indi məsələyə başqa cür baxır. O, bu hadisədə ilahi missiya axtarır: “Düşünürəm ki, tanrımız Qaneş siçovul simasında mağazamıza girib, Maha Şivratri bayramında anası Parvatinin könlünü xoş etmək istəyib”.

Dirac deyib ki, sırğaları tapsa, aparıb Kedarnatha məbədinə qoyacaq.

<iframe width="560" height="315" src="https://www.youtube.com/embed/e4xHf23j4Uk?start=13" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

Son xəbərlər
Bütün xəbərlər »