Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yuventus” Zidana təklif göndərdi

“Yuventus”un futbol üzrə İtaliya çempionatının gələn mövsümünə yeni baş məşqçisi ilə başlayacağı şübhəsizdir. Turin klubu Massimiliano Alleqri ilə yollarını ayırır.

Bizimyol.info xəbər verir ki, İtaliya təmsilçisi Zinəddin Zidana müqavilə təklif edib. “El Pais” qəzetinin yazdığına görə, “Yuventus” onunla üç illik anlaşmaya imza atmağa hazırdır. Qəzet Zidanın Turində klub rəhbərliyi ilə görüşdüyün iddia edir.

Massimiliano Alleqri Massimiliano Alleqri

Zidanla “Real” da ciddi maraqlanır. Klub prezidenti Florentino Perez onunla görüşmək istədiyini gizlətmir. Amma Zidan Madridə qayıtmaq fikrində deyil.

Florentino Perez Florentino Perez, "Real Madrid" klubunun prezidenti

Fransız mütəxəssis məşqçi karyerasında ən böyük uğurunu da “Real”da qazanmışdı. Madrid təmsilçisi onun rəhbərliyi altında üç dəfə Çempionlar Liqasının qalibi olmuşdu.

İki gün əvvəl “Yuventus”un “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanın xidmətində maraqlı olduğu deyilirdi. Amma sonradan ispan mütəxəssis deyilənləri təkzib etdi.

Son xəbərlər
Bütün xəbərlər »