Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayram yarmarkasında son vəziyyət: Qiymətlərin siyahısı - Fotolar

Novruz bayramı ərəfəsində əhalinin ərzaq və kənd təsərrüfatı məhsullarına tələbatının dolğun ödənilməsi və süni qiymət artımının qarşısının alınması məqsədilə satış yarmarkaları keçirilir.

Bizimyol.info-nun əməkdaşı metronun “Gənclik” stansiyasının qarşısında təşkil olunan yarmarkada olub.

Satış yarmarkasına mal, qoyun, bal, alma, armud, qoz, fındıq və şabalıd, soğan, kartof, müxtəlif növ göyərtilər və digər məhsullar çıxarılıb.

Kənd Təsərrüfatı Nazirliyi yarmarkada respublikamızın bölgələrindən gətirilmiş məhsullar sərfəli qiymətə təklif edildiyini bildirib.

Bəs satış yarmarkasında vəziyyət necədir?

Qeyd edək ki, yarmarkada alıcı qıtlığı müşahidə olunub. Satıcılar da alış-verişdən narazı olduğunu deyiblər. Onlar ümid edirlər ki Novruz bayramı günü yaxınlaşdıqda alıcılıq qabiliyyəti artacaq.

Satıcıların sözlərinə görə, yarmarkadakı qiymətlər digər bazarlardakı qiymətdən çox da fərqlənmir. Ona görə də məhsulu qram-qram aldıqlarını bildirdilər.

Soğan – 1,50 manat,

Kartof – 2 manat

Göyərti – bir dəstəsi 10 qəpik

Xiyar – 2,5- manat

Alma – 1-5 manat

Yerkökü – 0.70-1 manat

Mandalin – 2-4 manat

Nar – 1.50-2 manat

Qoz ləpəsi – 9-16 manat

Fındıq ləpəsi – 9-13 manat

Kişmiş – 6-13 manat

Bal – 20 manat

Mal əti – 9 manat

Səməni - 1- 2 manat

1.

2.

3.

4.

5.

6.

Son xəbərlər
Bütün xəbərlər »