Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ronaldo, Marselo.., ardınca Qvardiola da “Yuventus”a gedir

“Yuventus” gələn mövsüm daha güclü heyətlə oynamağı düşünür. Kriştiano Ronaldonun ardınca “Real”dan Marselo da Turin klubuna keçir.

İtaliya mətbuatının yazdığına görə, “Yuventus”u gələn mövsüm meydana Xosep Qvardiola çıxaracaq.

Marselo

Bizimyol.info xəbər verir ki, italyan jurnalist Luici Qulpi bu haqda yazıb. Onun iddiasına görə, tərəflər razılığa gəlib, yayda Massimiliano Alleqri baş məşqçi postunu Qvardiolaya təhvil verəcək. Jurnalist informasiyanı Kriştiano Ronaldonun “Yuventus”a keçəcəyi barədə dəqiq məlumat verən mənbədən aldığını bildirir.

Ronaldo

Alleqrinin Turin klubu ilə müqaviləsinin müddəti gələn il başa çatır. Sadəcə, “Yuventus” rəhbərliyi onunla böyük hədəflərə çata bilməyəcəklərini düşünür. Çempionlar Liqasında “Atletiko”ya məğlubiyyət də rəhbərliyi perpektiv haqda ciddi düşünməyə vadar edib. “Yuventus” ardıcıl 8-ci dəfə İtaliya çempionu olmağa hazırlaşır. Rəhbərlik isə Alleqridən avroliqalarda böyük uğur gözləyir.

Qvardiola indi işlədiyi “Mançester Siti”ni bir dəfə İngiltərə çempionu etməyi bacarıb. İspan mütəxəssis bundan əvvəl hərəsində üç dəfə olmaqla Almaniyada və İspaniyada da çempionluq hissi yaşamışdı.

Son xəbərlər
Bütün xəbərlər »