Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ”dan saxta biletlərlə bağlı AÇIQLAMA
“Qarabağ” klubu Danimarka “Kopenhagen”i ilə Çempionlar Liqasının “play-off” mərhələsinin ilk oyunu üçün “qara bazar”da saxta biletlərin satılmasına aydınlıq gətirib.

Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimov Report-a açıqlamasında bildirib ki, bununla bağlı kluba şikayət daxil olmayıb.

Lakin onun fikrincə, saxta biletlərin satılması qaçılmazdır: “İndiki dövrdə saxta biletlərin hazırlanması çox bəsit məsələdir. Bu səbəbdən, azarkeşlərdən bütün matçlar üçün yalnız stadionunun kassalarından və holoqramlı bilet almağı xahiş edirik. “Qara bazar”dan alınan və üzərində nəzarət markaları olmayan biletlərə görə “Qarabağ” məsuliyyət daşımır”.

Qeyd edək ki, avqustun 15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda “Qarabağ” “Kopenhagen”i 1:0 hesabı ilə məğlub edib. Böyük marağa səbəb olan qarşılaşma üçün “qara bazar”da satılan biletlərin arasında üzərində holoqram olmayanlara da rast gəlinib.

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Ukraynadan Rusiyaya xəbərdarlıq: Cəzası ağır olacaq
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
Son xəbərlər
Bütün xəbərlər »