Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Keçi bələdiyyə sədri seçildi

ABŞ-ın Vermont ştatında keçi bələdiyyə sədri seçilib.

Bizimyol.info Qaynarinfo.az-a istinadən xəbər verir ki, 2500 sakini olan "Fair Haven" qəsəbəsində Linkoln adlı keçiyə "Fəxri bələdiyyə sədri" statusu verilib. Linkoln növbəti bir il ərzində qəsəbədə keçiriləcək vacib tədbirlərdə iştirak edəcək.

"Fair Haven" idarəçisi Co Qanter bildirib ki, qəsəbənin bələdiyyə sədri olmadığı üçün belə bir seçki keçirmək qərarına gəliblər.

Qeyd edək ki, seçkilərdə 16 ev heyvanı iştirak edib. Onların hər biri üçün 5 dollar iştirak pulu alınıb. Linkoln 53 səsdən 13-ünə sahib çıxaraq qalib olub.

Son xəbərlər
Bütün xəbərlər »